“Nar Mobile” Bakı konqresini dəstəklədi

-nar-mobile-baki-konqresini-destekledi
Oxunma sayı: 1255


1924-cü ildə Parisdə keçirilmiş Olimpiya oyunları zamanı təsis edilən və 144 üzvü olan Beynəlxalq İdman Mətbuatı Assosasiyasının (Association Internationale de la Presse Sportive – AIPS) 77-ci konqresi 27 aprel – 1 may 2014-cü il tarixləri arasında Bakı şəhərində keçirilir. Yaranmasının 90-cı ildönümünü qeyd edən BİMA-nın Azərbaycan paytaxtında keçirilən bu tədbirində idman və mətbuat sahələrini təmsil edən və dünyanın müxtəlif yerlərindən gələn 300-ə yaxın qonaq iştirak etdi.

Ölkənin ictimai həyatında aktiv rol oynayan, təhsil, mədəniyyət və idmana xüsusi önəm verən “Nar Mobile” mobil operatoru “JW Marriott Absheron” otelində keçirilən bu mötəbər tədbirin kommunikasiya dəstəyini öz üzərinə götürdü. Konqress iştirakçılarını limitsiz İnternet trafiki ilə təchiz edilmiş yüksəksürətli USB-modemlərlə təmin edən mobil operator tədbirə öz töhfəsini verdi.