“Nar Mobile” ən sadiq abunəçilərini mükafatlandırdı

-nar-mobile-en-sadiq-abunecilerini-mukafatlandirdi
Oxunma sayı: 1544


Bu il 7 yaşını qeyd edən “Nar Mobile” özünün ən sadiq abunəçilərini mükafatlandırmaq qərarına gəlib. Belə ki, mobil operator yarandığı ilk gündən “Nar Mobile” xidmətlərindən davamlı istifadə edən ən sadiq abunəçilərinə dəyərli hədiyyələr verib.   

“Nar Mobile” mobil operatorunun baş ofisində keçirilən mükafatlandırma mərasimində 7 illik uzun bir müddət ərzində mobil operatora loyallığı ilə seçilən abunəçilər – Anar Süleymanov, Şahmar Məhərrəmov, Malik Həsənov, Namiq Salmanov, Rəşad Məhərrəmov, Əkbər Mahmudov və Aqşin Fərzəliyev iştirak ediblər. Abunəçilərə hədiyyələri “Azerfon” şirkətinin Marketinq departamentinin direktoru Maksim Fyodorov təqdim edib.