Nar Mobile onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək oldu

-nar-mobile-onkoloji-xesteliklerden-eziyyet-ceken-usaqlara-destek-oldu
Oxunma sayı: 673



 Tədbir zamanı klinikanın onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentləri haqqında çəkilmiş film nümayiş olunub, əyləncəli konsert proqramı keçirilib və Nar Mobile nümayəndələri tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Sonda isə atəşfəşanlıq keçirilib.

“Bu gün həyata keçirilən tədbir ağır xəstəliyi, ehtiyacı olan uşaqlar üçün dəstək və sevincdir. Bizim üçün isə bu borcdur. Bu gün biz, Nar Mobile olaraq növbəti dəfə xeyriyyə aksiyasına dəstək olduq. Korporativ Sosial Məsuliyyət siyasətimizdə uşaqlar və gənclərlə bağlı məsələləri prioritet olaraq götürmüşük və gələcəkdə də onlara dəstək olmaqda öz səylərimizi əsirgəməyəcəyik” – deyə Nar Mobile-ın Baş Direktoru, Kent Maknili bildirib.     
  
Əsrin böyük bəlasına çevrilmiş xərçəng xəstəliyi il ərzində minlərlə insanın həyatına son qoyur. Təəssüflər olsun ki, bu xəstəliyə tutulma riski olanlar arasında uşaqlar da azlıq təşkil etmir. Statistikaya görə hər il dünyada 200 min uşaq bu xəstəliyə tutulur, onlardan yarısı isə dünyasını dəyişir. Bu xəstəliyin yaranma səbəbi hələ də elm aləminə bəlli olmasa da, xərçəngin diaqnostikası və müayinəsində ciddi irəliləyişlər var. O cümlədən, Azərbaycanda da bu sahədə irəliləyişlər var və bu xəstəliyə qarşı müxtəlif vasitələrlə müalicə aparılır.