“Neftçi”nin də rəqibi məlum oldu

 “Neftçi”nin də rəqibi məlum oldu
Oxunma sayı: 184

Çempionlar Liqasının qarşıdakı oyunlarında ötən mövsüm qrup mərhələsinin iştirakçısı olmuş "Partizan"la yanaşı əsas səbətin sabiq iştirakçıları APOEL, "Sturm", BATE, "Rosenborg", “Maccabi” (Hayfa), HIK, "Maribor" və "Dinamo" (Zaqreb) ilk rəqibini tanıyacaqdı. Bu doqquz komanda 1979-cu il Avropa Çempionlar Kubokunun finalçısı "Malmö" ilə birlikdə mübarizəni ikinci dövrədən başlayacaq. Bu mərhələdə onlara "Dudelange", "Valletta", "Santa Coloma" və "Tre Fiori" dördlüyündən ən güclü cüt qoşulacaq. Dördlük münasibətlərini müvafiq olaraq iyunun 28/29-u və iyulun 5-6-da müəyyən edəcək. Bu dördlükdən iki komanda əmsallar cədvəlindəki reytinqinə uyğun olaraq ilk seçmə mərhələnin püşkatması zamanı səpələnmiş status alacaqdı.

İkinci seçmə mərhələnin püşkatması zamanı isə müvafiq status daha yüksək reytinqə malik 17 komandaya şamil olunacaqdı. Yarışın ilk seçmə mərhələsinin iki qalibi isə səpələnməmiş komandalar səbətindəki 15 komandaya qoşulacaqdı.

İkinci seçmə mərhələnin oyunları müvafiq olaraq iyulun 12-13-ü və 19-20-də keçiriləcək. Qaliblər iyulun 15-də üçüncü seçmə mərhələnin püşkatmasında iştirak edəcəklər. Bu mərhələdə onlara daha 13 komanda qoşulacaq.

UEFA ikinci təsnifat mərhələsində mübarizə aparacaq klubları püşkatmaya bir neçə saat qalmış qruplara böldü. Belə ki, hər qrupda 10 və 12 klub yer almışdı ki, onlar da səpələnmişlərə və səpələnməmişlərə bölünmüşdü. Bu isə o deməkdi ki, püşkatma zamanı məhz bu qruplarda yer alan səpələnmişlərlə səpələnməmiş komandalar üz-üzə gəlmiş olacaqdı.

“Neftçi”nin ən güclü potensial rəqibi Zaqreb “Dinamo”sü idi. Belə ki, bu komanda ən yüksək reytinq xalına malik olmasıyla digərlərindən fərqlənirdi. Ən zəif komanda isə Gürcüstan “Zestafoni”siydi. Avstriya təmsilçisi “Sturm” da güclülərdən hesab olunurdu. Maraq üçün xatırladaq ki, “Neftçi” vaxtilə avrokuboklardakı son çıxışı zamanı məhz bu ölkə təmsilçisi ilə üz-üzə gəlmişdi. Lakin o vaxt UEFA kubokunda çıxış edən “ağ-qaralar”ın rəqibi “Rid” olmuşdu (2007/08 mövsümü). Zaqreb “Dinamo”su isə vaxtilə "Xəzər Lənkəran"la üz-üzə gəlmiş və təmsilçimizi mübarizədən kənarlaşdırmışdı. Elə 2008/09 mövsümündə “İnter”lə üz-üzə gələn Serbiya “Partizan”ını və “Bakı”nın yolundan asanlıqla kənarlaşdırdığı Litva “Ekranas”ı da tanış rəqib idi.

Lakin "ağ-qaralar" məhz ən güclü potensil rəqibi ilə mübarizə aparmaq məcburiyyətində qaldı. İndi "Neftçi" ya əzəli rəqibi olan cənubluların o vaxtkı qisasını almaqla fərqlənmək şansı qazanıb. Əks halda paytaxt klubunun Lənkəran təmsilçisindən nə iləsə fərqləndiyini demək mümkün olmayacaq.

Ümumilikdə Çempionlar liqasının 2011-2012-ci il mövsümündə 76 komanda mübarizə aparacaq. Onların 22-si yarışa qrup mərhələsindən başlayacaq. Turnirin finalı 2012-ci il mayın 19-da Münhendəki "Allianz Arena"da keçiriləcək.

BİRİNCİ TƏSNİFAT MƏRHƏLƏSİ

Səpələnmişlər: Dudelange (Lüksemburq), Valletta (Malta).

Səpələnməmişlər: Santa Coloma (Andorra), Tre Fiori (San Marino)

1. Tre Fiori (San Marino) - Valletta (Malta)
2. Santa Coloma (Andorra) - Dudelange (Lüksemburq)

İKİNCİ TƏSNİFAT MƏRHƏLƏSİ

1-ci qrup
Səpələnmişlər: Maccabi (Hayfa, İsrail), APOEL (Kipr) Slovan (Slovakiya), Maribor (Sloveniya), Liteks (Bolqarıstan).

Səpələnməmişlər: Borac (Bosniya və Herseqovina), Mogren (Çernoqoriya), Tobol (Qazaxıstan), Birinci təsnifat mərhələsinin ikinci matçının qalibi, Skenderbeu (Albaniya).

1. Maccabi (Hayfa, İsrail) - Borac (Bosniya və Herseqovina)
2. Mogren (Çernoqoriya) - Liteks (Bolqarıstan)
3. Maribor (Sloveniya) - Santa Coloma (Andorra) - Dudelange (Lüksemburq) cütünün qalibi
4. Skenderbeu (Albaniya) - APOEL (Kipr)
5. Slovan (Slovakiya) - Tobol (Qazaxıstan)

2 qrup
Səpələnmişlər: Dinamo (Zaqreb, Xorvatiya), Partizan (Serbiya), Sturm (Аvstriya), Viktoria (Çexiya), Ekranas (Litva), Zestafoni (Gürcüstan).

Səpələnməmişlər: Dacia (Moldova), Punik (Ermənistan), Videoton (Macarıstan), Birinci təsnifat mərhələsinin birinci matçının qalibi, NEFTÇİ (AZƏRBAYCAN), Skendija (Makedoniya).

6. Sturm (Аvstriya) - Videoton (Macarıstan)
7. Zestafoni (Gürcüstan) - Dacia (Moldova)
8. Dinamo (Zaqreb, Xorvatiya) - NEFTÇİ (AZƏRBAYCAN)
9. Punik (Ermənistan) - Viktoria (Çexiya)
10. Partizan (Serbiya) - Skendija (Makedoniya)
11. Tre Fiori (San Marino) - Valletta (Malta) cütünün qalibi - Ekranas (Litva)

3-cü qrup
Səpələnmişlər: BATE (Belarus), Rosenborg (Norveç), Wisla (Polşa), HİK (Finlandiya), Malmö (İsveç), Shamrock Rovers (İrlandiya).

Səpələnməmişlər: Skonto (Latviya), Bangor City (Uels), Torshavn (Farer adaları), Linfield (Şimali İrlandiya), Flora (Estoniya), Breidablik (İslandiya).

12. Malmö (İsveç) - Torshavn (Farer adaları)
13. Shamrock Rovers (İrlandiya) - Flora (Estoniya)
14. Rosenborg (Norveç) - Breidablik (İslandiya)
15. HİK (Finlandiya) - Bangor City (Uels)
16. Skonto (Latviya) - Wisla (Polşa)
17. Linfield (Şimali İrlandiya) - BATE (Belarus)


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi