Nyu Yorkda azərbaycanlılar aksiya keçirdi

-nyu-yorkda-azerbaycanlilar-aksiya-kecirdi
Oxunma sayı: 916


Aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türk, Amerika bayraqları, Xocalıya ədalət tələb edən, faciәni әks etdirən plakatlar tutublar. Onlar “Ermәnistan terrorçu”, “Ermənistan uşaq vә qadın qatili”, “Ermәnistan, etdiklәrindәn utan!”, “Ermәnistan, Azərbaycandan və Türkiyәdən əlini çәk!” kimi şüarlar sәslәndirib. 

Mitinq çərçivəsində yerli sakinlərə və turistlərə Xocalı faciәsi haqqında broşürlər paylanılıb. 
Aksiyada Türk icmasının nümayənədələri də qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər və bu dәhşәtli faktı bütün dünyaya çatdırmaq üçün әllәrindәn gәlәni edәcәklәrinә söz veriblər. 

Amerikalı yazıçı xanım Lisa Hellman Lomauro etiraz nümayişində iştirak edib. Lisa Hellman Lomauro Ermәnistan və Azərbaycan arasındakı uzunmüddətli münaqişәnin həlli yolunda əlindən gələn köməyi göstərәcəyinә söz verib.