Orucluqla bağlı daha bir çaşqınlıq

-orucluqla-bagli-daha-bir-casqinliq
Oxunma sayı: 2619


“Qafqazinfo” ya daxil olan məlumatda bildirilir ki, müqəddəs Ramazan ayının daxil olması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvim tərtib edərək məscidlərə paylayıb. Həmin təqvimdə göstərilənlərə əməl edilməsinə Azərbaycan ərazisindəki bütün məscidlər məsuldur: “Bizə daxil olan məlumatlara görə, ölkə ərazisində bəzi məscidlər, o cümlədən, İçərişəhər Cümə, Məşədi Dadaş və Təzəpir adından müxtəlif təqvimlər insanlara paylanılır. Bu təqvimlərdə göstərilən iftar və imsak vaxtları fərqli olub, əhali arasında çaşqınlıq yaradır. QMİ bununla bağlı bildirir ki, yayılan həmin təqvimlər etibarsızdır və təxribat xarakteri daşıyır. Belə ki, bu şəkildə çap edilib yayılan təqvimlərin məqsədi Azərbaycan müsəlmanları arasında təfriqə yaratmaq, mənəvi birliyimizə xələl gətirməkdən başqa bir şey deyildir. Əhalini sayıq olmağa, belə təxribatlara uymamağa çağırırıq. QMİ-nin hazırladığı təqvim İdarənin rəsmi veb-saytında (qafqazislam.com) yerləşdirilib. Əhali həmin təqvimin nüsxələrini məscidlərdən də pulsuz əldə edə bilər”.