“Partizan düşündüyümdən zəif komandadır”

-partizan-dusunduyumden-zeif-komandadir
Oxunma sayı: 638

“Qafqazinfo“ Azerisport.az-a istinadən xəbər verir ki, o, bunları dilə gətirib: “Bu gün “Neftçi” bir xal qazanmadı, iki xal itirdi. Biz bu turnirin debütantıyıq. Amma buna baxmayaraq, biz heç də pis oyun sərgiləmədik. “Partizan” düşündüyümdən də zəif komandadı. Təəssüf ki, belə tarixə malik bir komanda bu gündədi. Düzdü, bu gün 3 xal qazana bilmədik. Lakin sizə söz verirəm ki, Bakıdakı oyunda biz buna nail olacağıq”.

Daha sonra isə Böyükağa Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

- Oyundan sonra “Partizan” futbolçularının aqressiv davranışları barədə nə deyə bilərsiz?

- Təəssüf ki, oyundan sonra futbolçularımız və məşqçilərimiz qarşı tərəfin təzyiqi ilə üzləşdilər. Bizim ölkəmizdə çoxlu serb var. Onları necə qarşıladığımızı özlərindən soruşun.

- Niyə sizi belə alqışlarla qarşıladılar? (serbiyalı jurnalistin sualı)

- Əgər sizin baş məşqçinizi istefaya səsləyirlərsə, məni alqışlayırlarsa, buna nə edə bilərəm?

- Biz çox pis oyunun şahidi olduq. Bu barədə nə deyə bilərsiz?

- Mən “Partizan”ın dörd oyununu izləmişdim. Sizin komandanız nə özü oynayır, nə də rəqibə belə imkan verir.

- Saşa Stamenkoviçin davranışlarını necə şərh edə bilərsiz?

- Saşa “Partizan”da oynasa yaxşı olur, indi pis? O, Bakıda heç vaxt belə hörmətsizliklə üzləşməyib. Stamenkoviç bir nömrədi.

- Komandanızın bir xal itirdiyini dediniz. Niyə?

- Hər halda belə rəqiblə qarşılaşmada bir xal da pis nəticə deyil. “İnter”lə “Rubin” də heç-heçə edib. Deməli, ilk turdan sonra bütün komandalar bərabərdi.