Qadın niyə hədəfdədir?

-qadin-niye-hedefdedir-
Oxunma sayı: 652

Ümumi sorğudan belə nəticəyə gəlinir ki, qadınların əksəriyyəti qadın hüquqlarıyla bağlı təşkilat adları bilmirlər. Bu barədə “Qafqazinfo”ya MFM-dən məlumat verilib. Sorğuyla birlikdə, qadının cəmiyyətdə olan rolunu çatdırmaq məqsədi ilə Milli Fikir Mərkəzinin qadın qolunun üzvləri şəhərdə kartlar paylayıblar. Azərbaycanda 13-15 yaşlı qızlar arasında abort 30000-ə çatıb, 17000 nigahdan kənar uşaq doğulur, il ərzində 9000 boşanma olur və bunun bütün zərbəsi qadına dəyir. Qadın cəmiyyətin nüvəsidir. Qadına dəyən zərbə cəmiyyətə dəyən zərbədir. Amma sorğudan da gördük ki, bütün qadınlar bu vəziyyətdən narazı olsalar da çox az hissəsi nə isə etməyə hazırdır.

Qeyd edək ki, Milli Fikir Mərkəzi idarə heyyətinin qərarı ilə qadınlara onların hüquqlarını çatdırmaq, onların ictimai həyatda fəallıqlarını artırmaq üçün Milli Fikir Mərkəzinin Qadın Qolunu yaradıb.