“Qalatasaray” “Amrahbank”ı məhkəməyə verir?- - Açıqlama+Yenilənib

-qalatasaray-amrahbanki-mehkemeye-verir-
Oxunma sayı: 1885


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, bank Türkiyənin sarı-qırmızı rəngli klubunun tərəfdarlarının diqqətini çəkmək üçün bazara İstanbulun “Qalatasaray” və Bakının “Neftçi” klublarının birgə iş birliyi ilə hazırlandığını irəli sürdüyü bir kredit kartını çıxarıb.  Keçirilən təqdimatda isə kart sahiblərinə GS Store mağazalarından 10 faiz ilə 20 faiz arasında güzəştlər, “Qalatasaray”ın matçlarına uçuş imkanları ifadə edilib. Bu kart mətbuat açıqlaması ilə bazara sürüldükdən sonra “Qalatasaray” klubu xəbərdar olub və hərəkətə keçib.

“Qalatasaray” klubuna heç bir dəfə xəbər verilmədən çıxarılan tərəfdar kartı ilə bağlı sarı-qırmızılar “Amrahbank” adlı Azərbaycan firmasına qarşı iddia qaldıracaq.

“Qalatasaray” klubu avqustun 18-də Azərbaycan bankına etiraz göndərəcək və bu məsələ hüquqi çərçivədə həll ediləcək.

***

“Amrahbank”ın marketinq direktoru Kamal Eminov türk mətbuatına açıqlamasında bunun yanlış informasiya olduğunu bildirib:

"Amrahbankda Qalatasaray tərəfdarları üçün klubun razılığı ilə kart satışa çıxarılıb. Kluba bankın sponsor olması ilə bağlı yayılan informasiyalar doğru deyil". 

***

“Qalatasaray” futbol klubunun “Amrahbank”ı məhkəməyə verməsi haqda iddialar həqiqətə uyğun deyil”.

Bu barədə AzVision.az-a “Amrahbank”ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, adı çəkilən futbol klubundan banka heç bir etiraz daxil olmayıb: “Heç bir yanlışlıq yoxdur. Bunlar “Qalatasarayın” rəqiblərinin yaydığı yalan məlumatlardır”. 

Qeyd edək ki, “Amrahbank” “Qalatasaray” və “Neftçi” futbol klublarının fankard kredit kartını hazırlayıb. Kartın təqdimatında GS fankard sahiblərinin GS Store mağazalarından 10 faiz ilə 20 faiz arasında güzəştlər əldə edəcəyi bildirilib.