“Qəbələ” Rusiya yığması ilə qarşılaşacaq

-qebele-rusiya-yigmasi-ile-qarsilasacaq
Oxunma sayı: 659

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məluamata görə, heyətə daha aşağı yaş qruplarından oyun səviyyəsinə görə fərqlənən futbolçular da cəlb olunub.

Yanvarın 24-dək davam edəcək təlim məşq toplanışı müddətində U-17 yoldaşlıq oyunu keçirəcək. İlk matç yanvarın 17-də “Antalya Kunduspor”un 17 yaşa qədər futbolçulardan ibarət komandasına qarşı baş tutacaq.

“Qəbələ”nin ikinci oyunu 20 yanvara planlaşdırılsa da, rəqib hələ ki, müəyyənləşməyib. 3-cü matçda isə Famil Xəlilovun yetirmələri Rusiyanın 16 yaşlılardan ibarət yığması ilə üz-üzə gələcək. “Qəbələ” Antalyaya aşağıdakı heyətlə yollanacaq:


1. Əli Həsənli/Qapıçı/1996
2. Aleksey Dedyukin/Qapıçı/1997
3. Yusif Şirinov/Qapıçı/1997
4. Şirməhəmməd Məmmədov/Müdafiəçi/1995
5. Sadiq Quliyev/Müdafiəçi/1995
6. İbrahim Aslanlı/Müdafiəçi/1996
7. Vəzir Musayev/Müdafiəçi/1996
8. Məhəmməd Hüseynov/Müdafiəçi/1997
8. Bəhlul Mustafazadə/Müdafiəçi/1997
9. Çingiz Hüseynov/Müdafiəçi/1997
10. Elvin Camalov/Yarımmüdafiəçi/1995
11. Əsgər Nəbiyev/Yarımmüdafiəçi/1995
12. Elnur Mustafazadə/Yarımmüdafiəçi/1995
13. Tellur Mütəllimov/Yarımmüdafiəçi/1995
14. Tərlan Əhmədov/Yarımmüdafiəçi/1996
15. Qismət Alıyev/Yarımmüdafiəçi/1996
16. Həsi Hümbətli/Yarımmüdafiəçi/1996
17. Roman Hüseynov/Yarımmüdafiəçi/1997
18. Əli Səmədov/Yarımmüdafiəçi/1997
19. Sahil Mirzəyev/Yarımmüdafiəçi/1997
20. Fərid Hacıyev/Hücumçu/1995
21. Ehtiram Şahverdiyev/Hücumçu/1996
22. Coşqun Süleymanov/Hücumçu/1998
23. Fərid Əsədli/Hücumçu/1998

Baş məşqçi: Halim Fıçıcı
Məşqçi: Famil Xəlilov

Xatırladaq ki, “Qəbələ” U-17 ötən il də qış fasiləsi hazırlıq dönəmini Antalyada keçirmişdi. Həmin vaxt “Qəbələ” U-17 liqasının çempionu olduğu üçün AFFA tərəfindən Türkiyəyə göndərilmişdi. Ötən mövsüm isə “Qəbələ” U-17 liqasında gümüş medallara sahib olub. Bu dəfə klub rəhbərliyi “Qəbələ”nin Antalyada təlim-məşq keçməsini təmin edib.