Qubada köhnə binalar sökülür- - Fotolar

-qubada-kohne-binalar-sokulur-
Oxunma sayı: 2122


“Qafqazinfo” xəbər verir ki, Qubada binalar sökülür yerinde yenisi tikilir. Qədim Quba torpağının qapısı Qubada indi elə bir sahə yoxdur ki, orada dövlət qayğısı hiss olunmasın. Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun tikilib istifadəyə verilməsi, Qubanın 30-a yaxın kəndlərinə yeni yolların və digər kəndlərində torpaqtökmə işlərinin görülməsi, rayondaxili yollara asfalt çəkilməsi, yeni sosial obyektlərin inşası, su-kanalizasiya, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, ən əsası 33 dövlət əhəmiyyətli obyektlərin son 6 ayda tikilməsi, Şəhidlər xiyabanının yenidən qurulması və sair işlər bu dediklərimizə əyani misaldır. Quba RİH başçısı Mübariz Ağayev Quba rayonunda 1 ilə bitəcək işləri 4-5 aya həll edib. Bu fakt da sevinc doğurur. Son vaxtlar Quba şəhərində çoxmərtəbəli yaşayış evlərinin tikilməsi, Evlərin dam və fasadların pulsuz qurulması və yaşıllıqların artması sakinlərdə haqlı qürur hissi doğurur.

İlham Əliyevin Quba rayonuna səfəri çərçivəsində bir sıra obyektlərin açılışlarında iştirak etməsi, Qubalıların əməyinə yüksək qiymət verməsi onların quruculuq işlərini birə-beş artırıb.

Bəli, bu gün Quba sanki yenidən qurulur. Bu yenidənqurmaya hər bir Qubalı öz töhfəsini verməyə çalışır. Bu mənada rayonun uğurlu gələcəyinə inanmamaq mümkün deyil.

Quba rayonunda bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Ölkəmizin ən mühüm turizm bölgələrindən olan Qubaya hər gün müxtəlif xarici ölkələrdən qonaqlar gəlir, onlar rayonun görməli yerləri ilə, “Soyqırım” Abidə kompleksi ilə, rayonda yaşayan azsaylı xalqların adət-ənənələri ilə tanış olurlar. Rayonda geniş miqyaslı tikinti abadlıq və quruculuq işləri ilə bərabər çox saylı mədəni-kütləvi tədbirlər də keçirilir.

Emin Kərimov