"Gillette" sayəsində artıq Braziliya "daha yaxın" olacaq!

-quotgillettequot-sayesinde-artiq-braziliya-quotdaha-yaxinquot-olacaq-
Oxunma sayı: 980


Bu günlərdə yeni kampaniyaya start veriləcək və həmin kampaniya çərçivəsində 3 xoşbəxt Braziliyaya səyahət qazanacaqdır. Belə bir şans qazanmaq üçün, "Gillette"-dən "Blue3", "Mach3" və "Fusion Proglide" ülgücləri alan hər bir kəs məhsul paketini Bakı şəhərinin böyük super-marketlərində və Park Bulvar alış-veriş mərkəzində yerləşən "Gillette" qeydiyyat nöqtələrinə təqdim etməlidir. Paketi birbaşa qeydiyyat nöqtələrinə təqdim etmək imkanına malik olmayan digər rayonların sakinləri açılmış paketin şəklini ülgücün alınmasını sübut edən qəbzin şəkli ilə birlikdə "Gillette"-in rəsmi Facebook səhifəsinə göndərə bilərlər: https://www.facebook.com/mukemmelbaslangic. Eyni zamanda, hər kəsin Lotereyada iştirak etmək şansını artırmaq imkanı mövcuddur. Məsələn, bir şəxs 3 ülgüc olmaqla 3 dəfəyədək qeydiyyatdan keçə bilər. Bundan əlavə, Siz “Fusion Proglide” satın alarkən qalib gəlmək şansınızı dəfələrlə artırırsınız. Belə ki, “Blue3”- 1, “Mach3” – 2, “Fusion Proglide” isə 6 lotereya kuponuna uyğun gəlir. Tələsin: lotereyada iştirak etmək üçün ərizə qəbulu 30 may 2014-cü il tarixədək davam edəcək. 

"Gillette" məhsulları və lotereya haqqında məlumat əldə etmək üçün 088-440-00-00 qaynar xətti ilə əlaqə saxlaya və ya “Mükəmməl Başlanğıc” Facebook səhifəsini ziyarət edə bilərsiniz. 

Procter & Gamble (P&G) haqqında 

P&G öz brendləri ilə dünyada təqribən 4.8 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.