Quran dərsi deyən qadına polis hücum edib?- - Açıqlama

-quran-dersi-deyen-qadina-polis-hucum-edib-
Oxunma sayı: 2094


"Qafqazinfo" islamazeri.az saytına istinadən xəbər verir ki, məlumatda quran dərsi keçən Xuraman xanım aptekdən çıxdığı zaman polis əməkdaşı ona qarşı hörmətsizlik, nalayiq sözlərlə onu təhqir etdiyi və zor gücünə polis avtomobilinə mindirildiyi qeyd olunur.

Polis idarəsində hicablı xanımın çantası yoxlanılıb. Polis bölməsində bildiriblər ki, onun barəsində sələmə pul verməsi ilə bağlı şikayət daxil olub. Daha sonra polis idarəsində bildiriblər ki, onu yanlışlıqla bölməyə gətiriblər. 

Dünən axşam saatlarında lənkəranlı gənc dindarlar bununla bağlı toplaşıblar. Ətrafda polis əməkdaşları da olub. Bundan sonra Lənkəran ağsaqqallarından olan Seyid Vüqar bölməyə çağırılıb. Bölmədən Seyid Vüqara bildiriblər ki, hicablı xanıma hörmətsizlik edən polis əməkdaşına sizin gözünüzün qarşısında töhmət vuracağıq və bu tapşırığı kimin ona verdiyini ondan soruşacağıq.

Lakin lənkəranlı dindarlar tələb edirlər ki, həmin polis əməkdaşı işdən çıxarılsın və Lənkərandan qovulsun. Həmçinin bu gün cümə namazında dindarlar Əbülfəzl Abbas məscidində yığışaraq lazım olan addımları atacaqlarını bildiriblər. 

Məlumata görə, Xuraman xanıma hörmətsizlik edən polis əməkdaşının adı Əliyardır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da sözügedən mövzu ilə bağlı sayta açıqlama verib.

Ehsan Zahidov açıqlamasında qeyd edib ki, "Mən bu barədə araşdırma apardım. Yayılan məlumatlar əsassızdır. Nə Lənkəranda, nə də o bölgədə nə dünən, nə də 1 ay bundan əvvəl belə bir hadisə baş verməyib. Bu kimlərinsə bilərəkdən uydurub yaydığı şayiədir, yalandır."