“Real”Madrid, yoxsa “Mançester Yunayted”?

-realmadrid-yoxsa-mancester-yunayted
Oxunma sayı: 637

“Qafqazinfo” xəbər verir ki, heç süphəsiz erkən final xarakterini özündə daşıyan qarşılaşma “Real”Madridlə “Mançester Yunayted” arasında olacaq. Dünyanın iki ən güclü klublarından sayılan “Real” və “Mançester Yunayted” bu gün “Santiyaqo Bernabeo”da üz-üzə gələcəklər. Bir tərəfdə “Çempionlar Liqası”nda 10-cu çempionluğunu “Real”a yaşatmaq istəyən Maurinyo, digər tərəfdə isə 27 ilini “Mançesterə” bəxş edən və saysız-hesabsız uğurlar əldə edən Ser Aleks Fergüson durur. Bu maraqlı qarşıdurmanın qalibi kim olacaq?

Digər bir baxımlı oyun isə Ukraynada keçiriləcək. “Şaxtyor Donetsk” öz meydanında “Borusiya Dortmund”u qəbul edəcək.

İqbal