Redaktor və yayım firmaları rəhbərləri bir arada

-redaktor-ve-yayim-firmalari-rehberleri-bir-arada
Oxunma sayı: 657

Bu barədə “Yeni Müsavat”a açıqlamasında birliyin üzvü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məlumat verdi. Onun sözlərinə görə, bu dəfəki toplantı Azərbaycanda mətbuatın yayım problemlərinə həsr olunacaq: ”Son iclasa bu, redaktorlar tərəfindən problem kimi qabardılmışdı. Qərara gəldik ki, növbəti dəfə problemi daha geniş və dərin müzakirə edək”.

M.Əliyev dedi ki, artıq şəhərdə qəzet köşklərinin yığışdırılması geniş yayılıb. Müsahibimizin sözlərinə görə, iki köşkü yığışdırıb, əvəzinə birinin yerləşdirilməsi, habelə köşklərdə qəzetdən başqa malların satılması problem kimi özünü göstərir: ”Tədbirdə bu və bundan doğan problemlər müzakirə olunacaq. Çünki vəziyyət dözülməz həddə çatıb. Redaktor və yayım firmaları rəhbərlərinin iştirakı ilə baş tutacaq tədbirdə bu situasiyadan çıxış yolları müzakirə olunacaq. Sonda isə qərarlar qəbul ediləcək”.