“Rövşən” ritm qrupu solo-konsert verəcək

-rovsen-ritm-qrupu-solo-konsert-verecek-
Oxunma sayı: 655

“Qafqazinfo”ya konsertlə bağlı məlumat verən qrup rəhbəri deyib ki, musiqiçilərin çıxışı H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Komediya Teatrında baş tutacaq: “Konsertdən iki ay əvvəl artıq məşqlərə başlamışıq. Gündəlik olaraq proqramı məşq edirik. Ümid edirik ki, həmin gün tamaşaçılara maraqlı, ritmli anlar bəxş edə biləcəyik. Artıq konsertə bütün biletlər satılıb qurtarıb”.

Həmin gün bir çox sənətçi dostları da “Rövşən” ritm qrupuna dəstək olacaqlar. Bu sırada Elmira Ələkbərzadə, meyxanaçı Vüqar, tar ifaçısı Humay Qədimova, Kərim, “Bizim şəhər” qrupu, gənc ifaçılardan Nərgiz, Vüsal, Kənan, Elçin və digərləri səhnəyə çıxacaqlar.

Konsert oktyabrın 23-də baş tutacaq.

Nigar Məmmədli