Sahil kollektorunda təmir və təmizləmə işlərinə başlanılıb

-sahil-kollektorunda-temir-ve-temizleme-islerine-baslanilib-
Oxunma sayı: 655

“Azərsu” Acıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 1983-cü ildə istismara verilmiş kollektor Səbail rayonu ərazisində Əl Oyunları İdman sarayından Fəhlə prospektindəki Zığ Nasos Stansiyasına qədər uzanır. Kollektor şəhərin mərkəzi hissəsində yaranan tullantı sularını toplayaraq Zığ nasos stansiyasına ötürür, buradan da çirkab sular nasoslar vasitəsilə Hövsan Aerasiya Stansiyasına vurulur. 9,6 kilometr uzunluğunda və 13 quyudan ibarət Sahil kollektoru 29 illik istismar müddətində böyük lillənməyə məruz qalıb. Kollektorun layihə gücü sutkada 204 min kubmetr olsa da, hazırda bunun 40-50 faiz səviyyəsində işləyir.

Hazırda kollektorun müasir texnologiyalarla qum və lildən təmizlənməsi işləri həyata keçirilir. Təmizləmə işləri Almaniya istehsalı olan xüsusi avadanlığın köməyi ilə insan müdaxiləsi olmadan aparılır. Kollektora yüksək təzyiqlə vurulan su çökmüş qum və lili yuyur və paralel olaraq xüsusi avadanlıq vasitəsilə sorulur. Artıq 3 səyyar qurğu vasitəsilə kollektorun 10 faizə qədər hissəsi çöküntüdən tam təmizlənib. Layihəyə uyğun olaraq Sahil kollektorunda təmizləmə işləri qarşıdakı 2 ay ərzində başa çatdırılacaq.
Təsdiqlənmiş tədbirlər proqramına uyğun olaraq başlanğıcını Yasamal rayonu ərazisindən götürən Dairəvi kollektorun da təmizlənməsi nəzərdə tutulur.

Nigar Məmmədli