“Səadət Sarayı”nın təmiri nəhayət bitdi

-seadet-sarayinin-temiri-nehayet-bitdi
Oxunma sayı: 1414

“Qafqazinfo”nun məlumatına görə, bu haqda Day.Az saytına Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib. O, təmir işlərinin, demək olar ki, başa çatdırıldığını söyləyib. İşlər binanın bütün memarlıq elementlərinin qorunub saxlanılması ilə aparılıb.

Təmir işlərini həyata keçirən podratçı şirkətin adının açıqlanmasını istəməyən nümayəndəsi də işlərin yekunlaşmaq üzrə olduğunu təsdiqləyib: “Novruz bayramı ərəfəsində binanın açılışı olacaq. Bununla əlaqədar olaraq, bitişik binalar da sahmana salınır. Murtuza Muxtarov küçəsinin bir hissəsi təmir olunur, asfalt örtüyü dəyişdirilir, yeni səki quraşdırılır. Əhməd Cavad küçəsində də təmir işləri aparılacaq”.

Qeyd edək ki, "Səadət Sarayı"nda təmir işlərinə 2007-ci ildə başlanılmışdı. Bina ötən əsrin əvvəllərində milyonçu Murtuza Muxtarov tərəfindən inşa olunub.