Şərqi Avropa və Mərkəzi Asiyada vətəndaş cəmiyyəti Türkiyədə müzakirə ediləcək

-serqi-avropa-ve-merkezi-asiyada-vetendas-cemiyyeti-turkiyede-muzakire-edilecek
Oxunma sayı: 638

Anar Xəlilovun “Qafqazinfo”ya verdiyi məlumata görə, keçiriləcək seminar çərçivəsində bir sıra məsələlər – vətəndaş cəmiyyəti, yardım və inkişafın səmərəliyində vətəndaş cəmiyyətinin rolu, Şərqi Avropa və Mərkəzi Asiya regionunda yoxsul və təcrid olunmuş insanlara İnkişafa Yardım proqramlarının təsiri, aparıcı İnkişafa Yardım donorları ilə alıcılar arasında coğrafi və sektoral bölgünün zəifliyi, dövlətə xarici donorların yardımı, Şərqi Avropa və Mərkəzi Asiyada vətəndaş cəmiyyəti, yardıma çağırışlar və inkişaf səmərəliliyinin təbliğatının zəifliyi kimi məsələlər müzakirə ediləcək. A.Xəlilov deyib ki, Vətəndaş Cəmiyyəti İnstitutu vətəndaş cəmiyyəti üçün əlverişli mühitin olmamasını indi yalnız Şərqi Avropa və Mərkəzi Asiyada deyil, həmçinin dünyanın digər regionlarında da narahatlıq tendensiyasından xəbər verir. “Biz konfrans əsnasında Şərqi Avropa və Mərkəzi Asiyada vətəndaş cəmiyyəti, yardım çağırışları və inkişaf səmərəliliyinin təbliğatı, mövcud problemlərin müzakirəsi və onların həllində atıla biləcək addımların nəzərdən keçirilməsi, həmçinin vətəndaş cəmiyyəti üçün spesifik məsələləri və problemləri müəyyən etməyə çalışacağıq”- deyə A.Xəlilov qed edib.
Bundan başqa, konfransda qeyd olunan məsələlərin bir yerdə işlənilməsi və bu istiqamətdə son nəticənin əldə olunması və s. məsələlər müzakirə olunacaq.