Şeyx dünya müsəlmanlarına müraciət etdi

-seyx-dunya-muselmanlarina-muraciet-etdi-
Oxunma sayı: 635

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Misirin tanınmış Əzhər universitetinin rektoru Şeyx Əhməd ət-Təyyib Qüds şəhərinin mühasirəsinin aradan qaldırılması üçün fələstinlilərə göstərilən dəstəyin davam etdirilməli olduğunu bildirib.

Rektor İsrail işğalçılarına qarşı Qüdsü dəstəkləmənin müsəlmanlarla yanaşı, xristianlar da daxil olmaqla ərəb xalqlarının inancının ayrılmaz hissəsi olduğunu qeyd edib. Qüdsün mühasirəsinin aradan qaldırılması məqsədilə dünyanın müxtəlif ölkələrində may ayının 15-də başlayacaq tədbirlərdən birinin Misirdə keçiriləcəyi ilə bağlı məlumat verən Şeyx ət-Təyyib İsrailin Qüdsü yəhudiləşdirmək üçün apardığı fəaliyyəti rədd etdiklərini bildirib.

Müsəlman dünyasını və beynəlxalq təşkilatları hər bir mümkün vasitə ilə Qüdsü dəstəkləməyə çağıran rektor rəhbəri olduğu qurumun sözügedən müqəddəs şəhərin azadlığa qovuşmasından başqa bir alternativ variantı qəbul etməyəcəyini bəyan edib.