“Simurq”un 4 futbolçusu milli komandada

-simurqun-4-futbolcusu-milli-komandada
Oxunma sayı: 646

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi xəbərə görə, seleksiya xarakterli toplanışa yığmanın baş məşqçisi Berti Foqts Zaqatalanın “Simurq” klubunun heyətindən dörd futbolçunu dəvət edib. Bunlar qapıçı Eyyub Əliyev, müdafiəçi İlkin Qırtımov, yarımmüdafiəçilər Asif Mirili və Murad Səttarlıdır.

Bu futbolçuların hamısı karyerası ərzində müxtəlif yaş qruplarından ibarət milli komandaların heyətində çıxış edibllər. Gənc qapıçımız Eyyub Əliyev hazırda U-19-un əsas üzvlərindən biridir. Zaqatala futbol məktəbinin yetirməsi İlkin Qırtımov isə cari ilin əvvəlindən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli toplanışına dəvət almışdı. Asif Mirili və Murad Səttarlı da müxtəlif yaş qruplarından ibarət millinin heyətində dəfələrlə forma geyiniblər.