7 saylı marşrut avtobusu traktor qoşqusuyla toqquşub. Hadisə nəticəsində VAZ 21015 markalı nəqliyyat vasitəsi də zərər çəkib. Hadisə şahidləri Aktual.az-a bildirib ki, içərilərində uşaq və qadınlar da olmaqla çoxlu ağır yaralananlar var. Hadisə yerinə 4 təcili tibbi yardım maşını gəlib.