Suriyada daha bir azərbaycanlı döyüşçü öldürüldü

-suriyada-daha-bir-azerbaycanli-doyuscu-olduruldu
Oxunma sayı: 1862


“Muhammed” ləqəbli azərbaycanlının Bəşər Əsəd tərəfdarları tərəfindən öldürüldüyü bildirilir. Onun kimliyi və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.