Tam reallıq budur

-tam-realliq-budur-
Oxunma sayı: 830



Bu prosesdə iştirak edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri xanım neftçilərə yaranan problemin obyektiv araşdırılmasını və QHT-lərlə əməkdaşlığı digər qurumlar üçün də örnək olacaq addım kimi qiymətləndirirlər. 

Araşdırmada iştirak edən bir qrup QHT təmsilçiləri bu məsələ ilə bağlı açıqlama ilə çıxış ediblər.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin rəhbəri  Əliməmməd Nuriyev bildirib ki,  “ARDNŞ rəhbərliyinin, Şirkətin İnsan Resursları Departamentinin xanım neftçilərin əmək münasibətlərinin tənzimlənməsində pozuntulara yol verilməsi ilə bağlı iddialarının şəffaf, vətəndaş cəmiyyəti institutlarınn iştirakı ilə araşdırılmasına qərar verməsi göstərdi ki, ARDNŞ ilk növbədə əməkdaşlarına diqqətlə yanaşır, onların hüquqlarının qorunması üçün bütün zəruri addımları atmağa, bu prosesi şəffaf aparmağa hazırdır”. 

ARDNŞ-in İnsan Resursları Departamentinin QHT-lərin Antikorrupsiya Şəbəkəsi ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan Ə.Nuriyev bildirib ki, bir müddət əvvəl Şəbəkə ilə Departament birgə ARDNŞ-də işə qəbulun test üsulu ilə həyata keçirilməsi, burada şəffaflığın təmin edilməsi ilə bağlı tədbir keçirib. Tədbirdə Şəbəkə üzvləri və dəvət edlən digər QHT-lərlə əməkdaşlıq məsələləri müzakirə olunub.

“Xanım neftçilərin iddialarının araşdırılması ilə bağlı prosesdə iştirakla bağlı ARDNŞ-in İnsan Resursları Departamenti müraciət etdi. Biz Şəbəkə üzvlərini, əməkdaşlıq etdiyimiz qadın hüquqlarının qorunması sahəsində çalışan QHT-ləri də dəvət etdik. ARDNŞ İnsan Resursları Departamentində QHT-lərin iştirakı ilə 2 görüş keçirildi. Məsələnin obyektiv araşdırlması üçün  bu prosesə cəlb olunan QHT-lər öz töhfələrini verdilər. Buna görə onlara təşəkkürümü bildirirəm. ARDNŞ rəhbərliyi isə doğurdan da məsələyə obyektiv yanaşma, ictimailəşmiş bir məsələnin həllində vətəndaş  cəmiyyəti ilə ciddi əməkdaşlıq istəyini ortaya qoydu. Şirkətin İnsan Resursları Departamenti əsil peşəkarlıq nümayiş etdirdi. Birgə səylər nəticə Verdi və problem artıq həll olunub. Bu məsələdə vətəndaş cəmiyyəti ilə əməkdaşlığa görə ARDNŞ rəhbərliynə və İnsan Resursları Departamentinə təşəkkür edirəm”, -deyə Ə.Nuriyev əlavə edib. 

“Qadınlar arasında həmrəylik” İB-nin sədri Ruhəngiz Hüseynova qeyd edib ki, ARDNŞ-in bu addımı digər şirkətlər, dövlət qurumları üçün də nümunə olmalıdır. “ARDNŞ  xanım neftçilərin qaldırdıqları məsələlərə çox ciddi yanaşdı. Şirkət göstərdi ki, o əməkdaşlarının, xüsusən xanımların əmək hüquqlarının qorunması məsələsində həssaslıq nümayiş etdirməyə hazırdır. Diqqət çəkən məqamdır ki, ARDNŞ bu məsələni ictimaiyyət nümayəndələri ilə müzakirə etməkdən, onların fikirlərini dinləməkdən, mövqeyini öyrənməkdən, birgə araşdırılma aparılmasından çəkinmədi, Əksinə şəffaflığın təmin edilməsi, QHT-lərin bu prosesə cəlb edilməsi üçün gərəkən addımları atdı. Qadınların probelmləri ilə məşğul olan QHT təmsilçiləri kimi biz bunu yüksək qiymətləndiririk. Düşünürük ki, bu nümunə daha geniş yayılmalıdır”.

“Demokratik islahatçı gənclər” İB-nin sədri Vüsalə Hüseynli bildirib ki, ARDNŞ-in xanım neftçilərin iddialarının araşdırılmasına QHT-ləri cəlb etməsi vətəndaş cəmiyyəti institutları tərəfindən yüksək dəyərləndirilir. “Bu bizlər üçün olduqca böyük əhəmiyyət kəsb edən addım idi.  Bir xanım, QHT rəhbəri  kimi bu məsələnin araşdırılmasında iştirakıma şərait  yaradılmasına çöx böyük önəm verirəm. ARDNŞ-in bu addımı eyni zamanda həm öz əməkdaşlarına diqqətin, həm də ictimaiyyətin mövqeyinə hörmətin nümunəsi oldu.  Bəzən qeyd edirlər ki, “ARDNŞ geri çəkildi”. Bu fikri yanlış və ziyanlı hesab edirəm. Məhz bu cür fikirlər və mövqe qarşıya çıxan problemlərin birgə müzakirələr, araşdırmalar yolu ilə həllinə mane olur. Əksinə, ARDNŞ məsələni şəffaf şəkildə araşdırılmasında maraqlı olduğnu göstərdi və bunun üçün zəruri addımlar atıldı. Məsələ həll olundu. ARDNŞ öz üzərinə düşəni yerinə yetirdi”

“Media və mülki cəmiyyət” İB-nin sədri Xanoğlan Əhmədov qeyd edib ki, ARDNŞ rəhbərliyinin xanım neftçilərin əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı iddialarının araşdırılmasına QHT-lərin cəlb olunması Şirkətin obyektiv mövqe tutmasının göstəricisi idi, “ARDNŞ çox düzgün qərar qəbul edərək bu addımı atdı və müsbət nəticə göz önündədir. Vətəndaş cəmiyyəti institutlarının bu prosesə cəlb olunması sübut etdi ki, qarşıya çıxan problemlərin QHT-lərlə birgə müzakirəsi, onlarla birgə qərarların qəbulu ARDNŞ üçün əhəmiyyətlidir. Bu bizlər, vətəndaş cəmiyyəti təmsilçiləri üçün də çox vacibdir. ARDNŞ-in bu məsələdə korporativ maraqlardan deyil, məhz ictimaiyyətin fikrinin öyrənilməsi, nəzərə alınması, şəffaflığın təmin edilməsi mövqeyindən çıxış etməsi yüksək qiymətləndirilməlidir”, -deyə X.Əhmədov vurğulayıb.