TXVCF-nin üzvləri Türkiyəyə dəvət olundular

-txvcf-nin-uzvleri-turkiyeye-devet-olundular
Oxunma sayı: 645

“Qafqazinfo”un məlumaına görə, görüşdə qonaqları salamlayan TXVCF-nun İdarə Heyətinin üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov Türkiyə Azərbaycan arasında olan dostluq, qardaşlıq münasibətlərindən danışaraq, bu əlaqələrin inkiçafı üçün sahəsindən, peşəsindən asılı olmayaraq hər kəsin töhvə verməsinin zəruriliyini bildirib: “Türkiyə Azərbaycan münasibətləri eyni millətin yaşadığı tarixidir. Bu münasibətlər tarixi şəraitlərdən asılı olmayaraq, həmişə uğurla inkişaf edib. Biz bunu ümummilli lider Heydər Əliyevin səsləndirdiyi fikrə əsasən – “bir millət iki dövlət “ kəlamında hər zaman görmüşük və inanlrlq ki, gələcəkdə türk toplumların dövlətlərinin sayı daha çox olacaq”.
Qəbula görə təşəkkür edən nümayəndə heyətinin rəhbəri Atakənt Bələdiyyə rəhbəri Hasan Uslu istər qeyri-hökumət təşkilatları, istərsə də bələdiyyələr arasında isti münasibətlərin olmasından sevindiyini qeyd edib: “Biz bilirik ki, Azərbaycan müstəqil dövlət kimi gəncdir. Bu baxımdan bələdiyyələrin inkişafı və təcrübə mübadiləsi baximindan Türkiyə hər zaman Azərbaycan bələdiyyə institutlarının yanındadır”.
TXVCF İdarə heyətinin üzvü, ARGTMŞ-nin sədr müavini Vüsalə Hüseynli Azərbaycan bələdiyyələrinin bu gün inkişafının dinamik templə getdiyini vurğulayib: “Biz bilirik ki, artıq bir çox bələdiyyələrimiz Türkiyə bələdiyyələri ilə qardashlashibdir. Bu yaxınlarda isə Ərzurum bələdiyyəsi ilə Naftalan bələdiyyəsi də qardashlashacaqdır. Düşünürəm ki, bu əlaqələr daha sıx və daha intensiv şəkildə irəliləməlidir”.
TXVCF İdarə Heyətinin üzvü, “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov biki dövlət arasında tarixi, mədəni, eyni zamanda ictimai sferada bağlılıqlardan danışıb və qonaqlara TXVCF-nin gələcək planları barədə ətraflı məlumat verib.
Görüşdə iştirak edən qonaqlar da qəbula görə Forum üzvlərinə təşəkkürlərini bildirmiş və TXVCF-nin üzvlərini Türkiyəyə dəvət etmişlər. Görüşün sonunda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuranın sədr müavini Vüsalə Hüseynliyə Türkiyə-Azərbaycan münasibətlərində xidmətlərinə görə dostluq diplomu təqdim olunub.