Üç avtomobil toqquşub- - 3 ölü, 3 yaralı

-uc-avtomobil-toqqusub-
Oxunma sayı: 1229


 “Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, nəticədə O. Şirəliyev hadisə yerində ölüb, xəsarət alan sərnişini, Viləvur kənd sakini Mübariz Rəsulov isə xəstəxanaya yerləşdirilib.

 Daha bir yol nəqliyyat hadisəsi isə iyulun 5-də saat 19.00 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində baş verib. Qəsəbə sakini Tərlan Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla həmyerlisi Vladimir Lazarenkonun idarə etdiyi “M” markalı motosiklet toqquşub. Nəticədə xəsarət alan V. Lazarenko və sərnişini, Bakı şəhər sakini Fuad Allahverdiyev xəstəxanaya yerləşdiriliblər. V.Lazarenko orada ölüb.

 İyulun 5-də saat 07.45 radələrində Lənkəran şəhərinin ərazisində şəhər sakinləri Balaxan Heydərovun da idarə etdiyi “VAZ-2107” və Zülfü Rəcəbovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan B.Heydərov və sərnişini, həmyerlisi Əmrah Heydərov ölüblər.

Hər 3 qəza ilə bağlı araşdırma aparılır.