Ümid Müsavatı təbrik etdi

-umid-musavati-tebrik-etdi
Oxunma sayı: 647

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan təbrikdə deyilir:

“Hörmətli İsa bəy!

Şərqdə və islam dünyasında ilk demokratik xalq cümhuriyyətinin banisi, böyük Məmməd Əmin Rəsulzadənin yaratdığı Müsavat Partiyasının 100 illik yubleyi münasibəti ilə Sizi və bütün partiyadaşlarınızı səmimi qəlbdən təbrik edirəm. Hər birinizə ölkəmizdə demokratik dəyərlərin, müsavatçılıq ideologiyasının genişlənməsi istiqamətində apardığınız siyasi mübarizədə uğurlar, şəxsi həyatınızda can sağlığı və xoşbətlik arzulayiram.
Böyük tarixi bir mübarizə yolu keçən, sovet imperiyasının təqib və təzyiqləri ilə üzləşən Müsavat Partiyasının qurucuları müstəqil və demokratik Azərbaycan uğrunda son nəfəslərinədək mübarizə aparıblar. Onlar Sovet imperiyasının 70 il yaddaşlardan silməyə çalışdığı bu müqəddəs ideologoyanı qəlblərdə yaşadaraq yenidən müstəqil Azərbaycanda aparıcı ideologiyaya çeviriblər. Bü gün milli demokratik düşərgəni təmsil edən siyasi partiyaların əksəriyyəti müsavatçılıq ideyasının daşıyıcılarıdır. Ona görə də, bu 100 illik yubley təkcə Müsavat Partiyasının sıralarında birləşənlərin deyil, ölkəmizin müstəqilliyi və demokratikləşməsi ugrunda mübariəz aparan hər bir şəxsin Bayramıdır.

Hörmətli İsa bəy!

İyirmiilliyini qeyd edəcəyimiz müstəqilliyimizin bərpa olunmasında partiyanızın bu günkü üzvlərinin müstəsna xidmətləri olmuşdur. Məmməd Əmin Rəsulzadə irsinə sadiq olan müsavatçılar azad, firəfan və demokratik Azərbaycani uğrunda ardıcıl mübarizə aparırlar. Bu mübarizədə hər birinizə uğurlar arzulayır, Sizi və partiyadaşlarınızı Müsavat Partiyasını 100 illik yubleyi münasibəti ilə bir daha ürəkdən təbrik edirəm.”