“Xəyyam da fonoqram konsert verə bilərdi”

 “Xəyyam da fonoqram konsert verə bilərdi”
Oxunma sayı: 182

O, bildirib ki, müğənni bəzi mahnılarını konsertdə çox özəl formatda təqdim edəcək: “Xəyyam 3 saata yaxın, canlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edəcək. Heydər Əliyev sarayının şərtləri elədir ki, orda fonoqramla ifa etmək olmaz. Xəyyam da istəsə, bəzi müğənnilərimiz kimi, başqa bir yerdə fonoqram konsert verə bilərdi. Yalandan işıqlarla, rəqqaslarla baş allada bilərdik. Amma fikirləşdik ki, Xəyyam Nisanov konsert verirsə, bu daha yaxşı və canlı ifa olmalıdır. Sonra efirdə çıxıb bəziləri kimi deməsin ki, konsert verdim, adı da fonoqramdı. Konsertdə Azərbaycanın ən yaxşı musiqiçiləri, caz, estrada musiqiçiləri, instrumentalistləri Xəyyamı müşayiət edəcək.

Xəyyam konsertdə Ukraynalı rəqqaslarla birlikdə çıxış edəcək, çox maraqlı rəqslər və hətta, sirk nümunələri də olacaq. Xəyyamın bəzi mahnıları çox özəl formatda təqdim ediləcək. Ülviyyə Könül və mən bu konsert üzərində çox gərgin işləyirik. Xəyyam isə daim vokal dərslərindədir, musiqiçilərlə, müəllimlərlə məşq edir.

Konsertdə duet ifaların olacağını deyən Murad Arif onu da bildirdi ki, konsertin musiqi tərtibatı çox zəngindir: “Xəyyam kimlərlə duet oxuyubsa, həmin duetlər konsertdə səslənəcək. Xəyyam Nisanov sevərləri konsertə dəvət edirik. “Bum-bum”, “İstanbul”, “İstidir”, “Ağ mələyim”, “İndi bildim”, “Bakı-Moskva” və sair hit mahnıları həm müşaiyət, həm də səslənmə baxımından yeni təravətdə dinləyə biləcəksiniz. Bir qismi akustika olacaq, bir qismi isə klub musiqisi. Bir sözlə, musiqi tərtibatı çox zəngindir”.

“Əminik ki, tamaşaçı toplayarıq! Məkan olaraq, “Bakı Kristal Zalı”nı götürməmişik ki, 25-30 min nəfəri konsertə yığmaq barədə fikiləşək. Heydər Əliyev sarayı Xəyyam Nisanov TAM münasibdir. Xəyyam üçün 2 milyonluq Bakımızda 4-5 min tamaşaçı toplamaq o qədər də çətin iş deyil! Azərbaycanda populyar olan bir çox müğənni Heydər Əliyev Sarayında konsert verə bilər. Sadəcə olaraq, ortada 3 saat canlı oxumaq qorxusu var”.

Aynur Babayeva


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi