“06” və “Ford” toqquşdu, azyaşlı öldü

06-ve-ford-toqqusdu-azyasli-oldu
Oxunma sayı: 959

Şəmkir rayonu ərazisində “VAZ-2106” və “Ford Transit” markalı yük avtomobilləri toqquşub.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 8-də saat 20 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində kənd sakini A.Mehdiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini A.Həsənovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobilləri toqquşub. 

Nəticədə A.Mehdiyevin sərnişinlərindən azyaşlı oğlu Bakir hadisə yerində ölüb, özü və digər sərnişini, habelə A.Həsənov xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.