“06”nı aşırdı, arvadı ilə birgə xəstəxanaya düşdü

06ni-asirdi-arvadi-ile-birge-xestexanaya-dusdu
Oxunma sayı: 966

Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən  yol qəzası baş verib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 45-ci kilometrliyində rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakının Xırdalan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Məhərrəm Kamil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtombillə Astara istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib, nəticədə avtomobil aşıb. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Allahverdiyeva Sarıtel Məhərrəm qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.