“06”nı oğurladı, bölüb satdı

06ni-ogurladi-bolub-satdi
Oxunma sayı: 1083

Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən Saatlı rayon sakini R.Qubadov iyulun 22-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Zabit Məhərrəmov olduğu, qeyd edilən avtomobili hissələrə bölərək satdığı, kuzov hissəsini isə yandırdığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.