“07” ilə piyadanı vurub öldürdü

07-ile-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1290

Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza avqustun 15-də saat 19 radələrində qeydə alınıb. 

Yuxarı Daşkəsən qəsəbə sakini Q.Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini A.Hüseynovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.