“07” və “Mercedes” toqquşdu, ölən var

“07” və “Mercedes” toqquşdu, ölən var
Oxunma sayı: 506

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 14-də saat 15 radələrində qəsəbə ərazisində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi