“07” yoldan çıxaraq aşdı

07-yoldan-cixaraq-asdi
Oxunma sayı: 647

Gəncə-Samux avtomobil yolunun 1-ci km-də, Samux şəhəri ərazisində yol qəzası baş verib.

“Qafqazinfo” “ARB TV”yə istinadən xəbər verir ki, “VAZ 2107” markalı maşın yoldan çıxaraq, aşıb. Sürücü hadisə yerini tərk etdiyindən onun kimliyi müəyyənləşməyib.

İlkin ehtimala görə, xəsarət alan yoxdur.

Fakt araşdırılır.