“07”lər toqquşdu, xəsarət alanlar var

07ler-toqqusdu-xesaret-alanlar-var
Oxunma sayı: 720

Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Həzi Alsanov küçəsində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli