“07”ni qaçıran həbs olundu

07ni-qaciran-hebs-olundu
Oxunma sayı: 929


Dekabrın 28-də Mərkəzi küçədə yerləşən yeraltı keçiddə Bakı şəhər sakinləri İlkin Səttarov Zaur Rzayevə qarın nahiyyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirdiyi üçün Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Dekabrın 27-də Mərdəkan qəsəbəsi bağlar sahəsində yaşayan Qiyafət Qurbanovanın evindən, qapını açmaq yolu ilə oğurluğa cəhd və Ədalət Eminovun evinin həyətindən «QAZ-31» markalı avtomobilin qaçırılmasına cəhd edən Qusar rayon sakini Raiddin Daşdəmirov Xəzər RPİ CAŞ və 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı müəyyən edilib ki, o, dekabrın 27-nə keçən gecə, Zulkaldayev küçəsində yaşayan Fərqan Babayevində evindən pəncərədən keçmək yolu ilə pul oğurlayıb.

Dekabrın 28-i saat 02 radələrində, Binəqədi-Balaxanı yolunda Cəlilabad rayon sakini İsmayıl Bayramovun idarə etdiyi «MAN» markalı yük avtomobili ilə Bakı şəhər sakini Elşad Hümbətovun idarə etdiyi «Shevrolet» markalı avtomobil toqquşmuş, E.Hümbətov aldığı xəsarətdən hadisə yerində ölüb.

Noyabrın 17-nə keçən gecə, B.Səfəroğlu küçəsində Bakı şəhər sakini Ələkbər Fazilova məxsus «Tofaş» markalı və dekabrın 26-na keçən gecə, Vidadi küçəsində Yavər Səfərova məxsus «VAZ-2107» markalı avtomobil qaçıran Bakı şəhər sakini Anar Qasımov Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulmuş və ondan 0,537 qram heroin götürülüb.