“07”ni qaçıranlar həbs olundu

07ni-qaciranlar-hebs-olundu
Oxunma sayı: 659

“Qafqazinfo” həmin xəbərləri təqdim edir:

Oktyabrın 27-də Bakı şəhər sakini Orucəli Vəliyev Çobanzadə küçəsində yaşayan Ziyafət Yusubova məxsus həmin ünvanda yerləşən danışıq kartları, tütün məmulatları və ərzaq məhsulları oğurlayıb çıxarkən Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci maddəsi ilə axtarışda olan Teymur Zeynalov isə oktyabrın 27-də yaxalanıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 177-ci maddəsi ilə axtarışda olan Raci Səfərəliyev oktyabrın 27-də həbs olunub.

Oktyabrın 14-nə keçən gecə II Zabrat qəsəbəsi Azadlıq küçəsində yaşayan Əli Şərifova məxsus «VAZ-2107» markalı, oktyabrın 21-də isə Maştağa qəsəbəsi Daş karxanasında yaşayan Rahib Niyyətova məxsus «VAZ-2106» markalı avtomobil yaşadığı evin qarşısından qaçırılıb. DİN BCAİ, Sabunçu RPİ CAŞ və 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Sabunçu qəsəbəsi Şəhər şossesi yeni tikilidə yaşayan, əvvəllər məhkum olunmuş Ağarza Bağırov oktyabrın 26-da yaxalanıb. Onun qaçırdığı «VAZ-2106» markalı avtomobil həyətindən, «VAZ-2107» markalı avtomobil isə Sabunçu qəsəbəsində saz vəziyyətdə tapılıb. Müəyyən edilib ki, A. Bağırov oktyabrın 25-nə keçən gecə II Zabrat qəsəbəsində yaşayan Həsən Sultanova məxsus «VAZ-2107» markalı avtomobildən açarseçmə yolu ilə maqnitafon, bankomat kartı, sənədlər və Kürdəxanı qəsəbəsində yaşayan Həbib Allahverdiyevə məxsus «VAZ-2106» markalı avtomobildən şüşəni sındırma yolu ilə 330 manat, maqnitafon və 4 ədəd səsgücləndirici oğurlayıb.

Növbəti araşdırmalar zamanı A. Bağırovun Bakı şəhər sakini Elçin İsmayılovla birlikdə oktyabrın 3-nə keçən gecə E. Mehdiyev küçəsində yaşayan Əlişir Allahverdiyevə məxsus «VAZ-2106» markalı avtomobil qaçırması da müəyyən edilib. Qaçırılmış avtomobil oktyabrın 12-də II Zabrat qəsəbəsində 4 təkəri sökülmüş vəziyyətdə aşkar edilib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. İsmayılov oktyabrın 28-də yaxalanıb.