1 avro ver, İtaliyada evin olsun - Fotolar

1-avro-ver-italiyada-evin-olsun
Oxunma sayı: 4096

İtaliyanın Siciliya əyalətində 11 min əhalisi olan Mussomel şəhərinin icra başçısı Cüzepper Katania turizmi canlandırmaq üçün evləri 1 avroya satışa çıxarıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bununla da o, şəhərin mülk sahiblərinin artmasına və iqtisadi cəhətdən güclənməyə nail olmaq istəyir. case1euro.it saytında evlərin fotolarını və məlumatları yerləşdirən Cüzeppe hələlik 39 evin satıldığını bildirib:

“Əvvəllər bu məhəllələrdə səhərədək insanlar eyvanlarında söhbət edərdi. İndi isə tərk edilib. Əvvəlki qələbələyi bərpa etmək istəyirik. Təmirə ehtiyacı olan xeyli ev var. 39 satış demək 39 inşaat şirkətinin qazanması mənasına gəlir. Çox məmnunuq”. 

Qeyd edək ki, evlərin təmiri 20 min avroyadək vəsait tələb edir.