1-ci divizionda lider fərqi artırır

1-ci-divizionda-lider-ferqi-artirir
Oxunma sayı: 1061

Futbol üzrə Azərbaycan I Divizionunda 4-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Lider “Qaradağ Lökbatan” növbəti qələbəsini qazanıb. İkinci pillədəki “Sabah” isə xal itirərək mövqeyini əldəmn verib.

Nəticələri təqdim edirik:

“Turan Tovuz” – “Ağsu”  3:2

Qollar: Tuqay Alhüseynli, 31, Elnur Səmədov, 63, 68 - Elman Tağıyev, 35 (ö.q), Ayxan Əsədov, 56 (ö.q)

“Zaqatala” – “Binə”  0:3

Qollar: Kənan Məmmədov, 40 (ö.q), Məhəmməd Bədəlbəyli, 45+2, Məhərrəm Hüseynov, 59

“Mil-Muğan” – “Qaradağ Lökbatan”  2:4

Qollar: Elxan Məmmədov, 44, 77 (pen) - Sabir Allahquliyev, 16, Məhəmməd Xəlilov, 32, 69, Natiq Kərimi, 49

“Şüvəlan” – “Sabah”  0:0