1 gündə 25,3 milyard dollarlıq alış-veriş etdilər - Yeni rekord

1 gündə 25,3 milyard dollarlıq alış-veriş etdilər
Oxunma sayı: 2636

Hər ilin 11 noyabr tarixində Çinin elektron kommersiyası fantastik dərəcədə gəlir əldə edir.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu tarixdə Çində keçirilən “Subaylar günü” ABŞ-ın “Black Friday” gününün analoqudur.

Keçən il Çinin internet nəhəngi “Alibaba” həmin endirimli alış-veriş günündən 17,8 milyard dollar gəlir əldə etmişdi. 2015-ci ildə isə bu göstərici 14,3 milyard dollar idi.

Dünən isə bu göstərici 25,3 milyard dollar olub. Bu, yeni rekord kimi tarixə düşüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi