1 günə 31 adam tutulub

1-gune-31-adam-tutulub
Oxunma sayı: 972

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 23-dən 24-dək 26 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması da təmin olunub.

Ölkənin avtomobil yollarında 4 yol qəzası baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.