1 iyunda “Bank of Baku” bütün uşaqları “Nağıllar Şəhərciyinə” dəvət edir

1-iyunda-bank-of-baku-butun-usaqlari-nagillar-seherciyine-devet-edir
Oxunma sayı: 1632


Aksiyanın ideyası mövcud reallıqdan meydana gəlib. Belə ki, bu gün bir çox valideynlər mobil texnologiya və sosial şəbəkələrə hədsiz dərəcədə çox zaman ayırırlar.Aksiyanın məqsədi-uşaq və valideynlərin birgə vaxt keçirməsi üçün bayram əhval-ruhiyyəsini yaratmaqdır.”Bank of Baku”-nun “Nağıllar Şəhərciyi” uşaqların sadəcə şən vaxt keçirdiyi yer deyil, onların yeni biliklərə yiyələnəcəyi məkan olacaq.”Bank of Baku” ümivardır ki, aksiya heç bir uşağı biganə qoymayacaq.Uşaqların aksiyada iştirakı tamamilə pulsuzdur.

Aksiya çərçivəsində şəhərin mərkəzi küçələrində (ünvanlar aşağıda qeyd edilib) saat 15.00-dan 19.00-a kimi müxtəlif əyləncə növləri təşkil ediləcək:

-Valehedici sabun köpüyü şousu

-Face art-üzdə rəngləmə

-Lego fiqurları ilə oyunlar

-Kloun, sehrbaz və jonqlyorun çıxışları

-Nağıl qəhrəmanlarının sərgüzəştləri və sairə.

Keçirilmə məkanları:

* Bakı, Fəvvarələr meydanı,“Azərbaycan” kinoteatrının ətrafı

* Gəncə, Xan Bağı

* Sumqayıt, Nəsimi Parkı, “Göyərçin” heykəlinin ətrafı.

Tarix:

1 iyun 2014-cü il.

Saat: 15.00-19.00