1 pillə irəlilədik

1-pille-ireliledik
Oxunma sayı: 647

Belə ki, avqustda 108-ci olan yığmamız bu dəfə 107-ci pillədə qərarlaşıb. Komandamız bu pillədəki şəriki Ekvatorial Qvineya ilə birgə 324 xala malikdi.

DÇ-2014-ün seçmə mərhələsində millimizlə birlikdə F qrupunda yer almış rəqiblərdən Portuqaliya 1 pillə irəliləyərək 4-cü (1232 xal) sıraya yüksəlib. Rusiya isə iki pillə geriləyib. Şimal qonşularımız hazırda 990 xalla 13-cüdülər. Sentyabrın 7-də Bakıda millimizin qonağı olacaq İsrail hazırda 75-cidi. Bu komanda ötən ayla müqayisədə düz yeddi pillə irəliləyib (446 xal). Lüksemburq 4 pillə irəliləyərək yığmamızı qabaqlayıb - 326 xalla 106-cı pillə. Ən pis göstərici isə Şimali İrlandiyadadı. İrlandlar düz 28 pillə geriləyiblər. Hazırda bu komanda 257 xalla 129-cudu.

Qardaş Türkiyə yığması da geriləyib. 5 pillə geri düşən “ay-ulduzlular” 678 xalla 35-ci sıradadılar.

Reytinq cədvəlinə həmişəki kimi 1617 xalla İspaniya başçılıq edir. Almaniya və İngiltərə də yerlərində sayıblar. Müvafiq olaraq 1437 xalla ikinci və 1274 xalla üçüncü pillə. Portuqaliya dördüncü sıraya yüksəlib – 1232 xal. Uruqvay geriləyib – 1217 xalla beşinci yer. İtaliya (1174) altıncı, Argentina (1121) yeddinci, Hollandiya (1044 xal), Xorvatiya (1020 xal) doqquzuncu, Danimarka (1006 xal) onuncu sıradakı yerini qoruyub.

Növbəti reytinq cədvəli oktyabrın 3-də açıqlanacaq.