1 qətllə bağlı 5 nəfər tutuldu

1-qetlle-bagli-5-nefer-tutuldu
Oxunma sayı: 2400

Bakı şəhər sakini Fərid Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, iyulun 19-da saat 1 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.