1 saylı məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

1-sayli-mektebde-20-yanvar-faciesine-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 2862

Bu gün Nəsimi rayonundakı 1 saylı tam orta məktəbdə H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin və məktəbin şagirdlərinin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, 20 Yanvar və Qarabağ müharibəsi veteranları və şəhid ailələləri  iştirak ediblər. Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı çıxış edib.