10 gün Afrikada qalıb klip çəkdirdi - Fotolar

10-gun-afrikada-qalib-klip-cekdirdi
Oxunma sayı: 5757

Türkiyənin pop ulduzu Hande Yener yeni klipi üçün Afrikaya üz tutub.  “Qafqazinfo” xəbər verir ki, klipin çəkilişi Tanzaniyanın Zanzibar adasında reallaşıb. 

Sənətçi yerli sakinlərlə birgə kamera qarşısına keçib. Onun layihəsini rejissorlar Gülşen Aybaba və Aytekin Yalçın ekranlaşdırıb. 

10 gün Afrikada olan sənətçi səfəri barədə açıqlama verib: “Yoxsulluğun hökm sürdüyü ərazi… Uşaqlar bütün bunlara baxmayaraq həyatın gülən üzü olmağı bacarırlar. Orada qaldığım müddətdə balaca qəlblərdən çox şey öyrəndim”.