“10 il ərzində 6096 ailəyə mənzil verilib” - Nazir

10-il-erzinde-6096-aileye-menzil-verilib
Oxunma sayı: 1363

“2007-ci ildən indiyədək 6096 Qarabağ əlili və şəhid ailələrinə mənzil verilib. Bunun 4057-si 2014-cü ilədək, 1340-ı isə 2014-cü ildən sonra verilib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov parlamentdə büdcə müzakirələri zamanı deputatların təkliflərinə cavab verərkən deyib.

O qeyd edib ki, 2014-cü ildə bu problemin həllinə 50-60 milyon manat ayrılıb: “2014-cü ildən sonra bu proqram 5 il ərzində həyata keçiriləcək. Buna görə də 30 milyon vəsait ayrıldı. Son ildə büdcənin azalması maliyyə resurslarının imkanlarını azaltdı. Ona görə də bu sahəyə ildə 10-15 milyon vəsait ayrıldı. Bunun hesabına 1340 mənzil təhvil verilib. Növbəti ilin büdcəsində bu vəsait artırılacaq. Bu proses hökumətin tam nəzarəti altındadır”. 

Günel Türksoy