10 il sonra canlı efirə çıxdı... - “Oxuya bilmirəm, səsim batıb”

10 il sonra canlı efirə çıxdı...
Oxunma sayı: 4830

Efirlərdən uzaq gəzən, uzun müddətdir ki, səhhətində problem yaranan Azərbaycanın xalq artisti Elmira Rəhimovadan xəbər var.

“Qafqazinfo” xəbər verir ki, ötən gün ”5-də 5” verilişi aparıcı Hacı Nuran Hüseynovun ad gününə həsr olunub. Proqramda məşhur müğənni Elmira Rəhimova da iştirak edib. 

O, "Xəzər"in efirinə nəvələri Elmira və Tofiqlə birgə qatılıb. Rəhimova 10 ildir ki, canlı efirə çıxmadığını bildirib: “10 ildir ki, efirlərdən uzağam. Yaddaşımda problemim var.  Hər şeyi unuduram. Hər zaman öz səsimlə oxumağa öyrəşmişəm. İndi səsim batıb, zümzümə edə bilmirəm”. 

Bu arada qeyd edək ki, xalq artisti bir müddət əvvəl “Qafqazinfo”ya açıqlamasında “Bütün efirlərdən imtina edirəm, ekranlarda görünmək istəmirəm. Hazırda canımla əlləşirəm. Səhhətimdə problemlər var. Dərmanlarımı qəbul edirəm, inanıram ki, hər şey yaxşı olacaq”,-deyə bildirmişdi.  

Müğənninin yaxınları isə Elmira Rəhimovanın şəkər xəstəliyindən əziyyət çəkdiyini, həkim nəzarətində olduğunu demişdi. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi