10 iyul hadisələrinə görə daha 7 nəfər həbs edildi - Biri sərhəddə tutuldu

10-iyul-hadiselerine-gore-daha-7-nefer-hebs-edildi
Oxunma sayı: 5701

2018-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.

“Qafqazinfo”nun Hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Bununla da 10 iyul hadisələrinə görə həbs edilənlərin sayı 22 nəfərə çatıb.

3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı isə ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfər barəsində axtarış elan edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.