10 min manatlıq qızıl oğurlayan şəxs tutuldu

10 min manatlıq qızıl oğurlayan şəxs tutuldu
Oxunma sayı: 632

Paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmin Cəfərov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərdən birindən 1700 manat, 75 ABŞ doları, habelə 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Cəfərov tutulub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi